ATƏT PA-nın sessiyasında ABŞ-ın Rusiya əleyhinə hazırladığı qətnamə layihəsi müzakirə olunacaq

ATƏT PA-nın sessiyasında ABŞ-ın Rusiya əleyhinə hazırladığı qətnamə layihəsi müzakirə olunacaq
# 01 iyul 2014 09:27 (UTC +04:00)

Layihədə Rusiyanın Ukraynaya münasibətdə Helsinki prinsiplərini, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq, kobud və ədalətsiz şəkildə pozması pislənir. Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir. Qətnamə layihəsində qeyd olunur ki, 2014-cü il martın 16-da Krımda keçirilən referendum qeyri-legitim, qeyri-qanunidir və heç bir hüquqi qüvvəsi yoxdur. ATƏT-ə üzv dövlətlər Rusiyanın Krımı zorla ilhaq etməsini tanımamağa çağırılır. Eyni zamanda Rusiya Ukraynaya müdaxiləni dayandırmağa çağırılır. Sənəddə ATƏT-in böhranın aradan qaldırılması yönündə səyləri dəstəklənir, ATƏT-in Krım da daxil olmaqla, bütün Ukrayna ərazisində öz fəaliyyətini həyata keçirməsinin dəstəklənməsi istənilir.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR