Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri vəzifəsinin icrasına sentyabrda başlayacaq

Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri vəzifəsinin icrasına sentyabrda başlayacaq
# 15 may 2013 08:43 (UTC +04:00)

Bu barədə APA-ya AB-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Malena Mard bu vəzifəyə mayın 2-də Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton tərəfindən təyin olunub. O, etimadnaməsini Azərbaycan prezidentinə təqdim etdikdən sonra səlahiyyətlərinin icrasına başlaya bilər. Malena Mard bu postda Roland Kobianı əvəzləyəcək. O bundan əvvəl İsveç Xarici İşlər Nazirliyində Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru vəzifəsində, ölkəsinin Sankt-Peterburq, Dəkkə və Brüsseldəki nümayəndəliklərində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR