Azərbaycan-İran mədəni əlaqələrinin inkişafı ilə bağlı mətbuat konfransı keçirilib - FOTO

Azərbaycan-İran mədəni əlaqələrinin inkişafı ilə bağlı mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTO
# 03 sentyabr 2014 15:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzində iki ölkənin mədəni əlaqələrinin inkişafı ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, mədəniyyət mərkəzinin rəhbəri İbrahim İbrahimi bildirib ki, yeni vəzifəsində işinin əsas prioriteti iki ölkənin mədəni əlaqələrinin inkişafına yeni töhfələr verməkdir: “Yaxın vaxtlarda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub. İnanıram ki, sənədlər imzalanandan sonra tədbirin keçirilməsi tezliklə baş tutacaq. Eyni zamanda ali məktəb müəllimləri, incəsənət xadimləri arasında əlaqələrin genişlənməsi də vacibdir”.

İ.İbrahimi əlavə edib ki, gələcəkdə İran Milli Orkestri ilə Azərbaycan Milli Orkestrinin müştərək layihəsi keçirilə bilər: “Mən bu təkliflə çıxış etmişəm və hər iki tərəf razılıqla qarşılayıb. Bundan başqa, gələcəkdə İranla Azərbaycanın kino, tərcümə və başqa sahələrdə müştərək işləri də mümkündür”.

Turizm sahəsində əlaqələrin o qədər də ürəkaçan olmadığını vurğulayan mərkəz rəhbəri, əlavə edib ki, qarşılıqlı turizm səfərlərinin təşkili hər iki ölkənin turizm imkanlarının təbliğ olunmasında böyük rol oynaya bilər: “Təəssüf ki, iki ölkənin münasibətlərinin yüksək səviyyədə olmasını istəməyən qüvvələr var. Biz bu mədəni əlaqələrimiz vasitəsi ilə bu cür qüvvələrin münasibətlərimizə xələl gətirməsinə imkan verməməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR