Azərbaycan Əfqanıstanın inkişafı proqramında iştirak edəcək

Azərbaycan Əfqanıstanın inkişafı proqramında iştirak edəcək
# 14 noyabr 2012 19:19 (UTC +04:00)

Brüssel. Rəşad Süleymanov – APA. NATO Əfqanıstanın 2014-cü ildən sonra inkişafı və yenidən qurulmasını əhatə edən proqram hazırlayır. APA-nın məlumatına görə, bu barədə NATO baş qərargahında səfərdə olan Azərbaycan jurnalistlərinə Azərbaycanın NATO yanındakı daimi nümayəndəliyindən məlumat verilib.

NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasının ardınca həyata keçiriləcək proqramda Azərbaycan da iştirak edəcək.

Azərbaycanın NATO yanındakı daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahimin sözlərinə görə, Azərbaycan bu proqramda hansı formada iştirakı, Əfqanıstana hansı töhfələri verə biləcəyi ilə bağlı öz təkliflərini verəcək.

Dekabr ayının əvvəllərində isə İSAF-da iştirak edən ölkələrin xarici işlər nazirlərinin iclası planlaşdırılır. İclasda Azərbaycanın xarici işlər nazirinin də iştirakı gözlənilir.

Diplomat bildirib ki, hazırda Azərbaycan hökuməti bir sıra sahələrdə Əfqanıstana yardımlar göstərir və öz növbəsində bu yardımlar Əfqanıstan hökuməti tərəfindən yüksək qiymətləndirilir. Bura mina təmizləmə sahəsində kadrların hazırlanması, diplomatların hazırlanması və digər sahələrdə yardımlar daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR