Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini: “ABŞ tərəfindən ilk dəfə bu görüşdə münaqişənin həllinə daha ciddi maraq gördüm”

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini: “ABŞ tərəfindən ilk dəfə bu görüşdə münaqişənin həllinə daha ciddi maraq gördüm”
# 05 sentyabr 2014 13:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ dövlət katibi Con Kerri, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşün detallarını açıqlayıb.

APA-nın məlumatına görə, N. Məmmədov deyib ki, öncədən planlaşdırılmayan bu görüş C.Kerrinin təklifi ilə baş tutub.

N.Məmmədov bildirib ki, görüşdə prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha açıqlayıb: “Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüquqa əsaslanır. Dövlət başçısı münaqişənin həlli ilə bağlı ən konstruktiv, müasir beynəlxalq münasibətlərin ruhuna uyğun variantı təklif etdi. Ermənistan prezidenti Serj Sarkisyan isə əvvəlki dövrlərdə olduğu kimi situasiya ilə əlaqəsi olmayan bir variantda Ermənistanın mövqeyini ifadə etdi və iddialarını nümayiş etdirdi. Mənim üçün maraqlı olan o idi ki, Con Kerri doğurdan da məsələlərə ciddi yanaşırdı. ABŞ dövlət katibinin Azərbaycan prezidentinin mövqeyini qəbul etdiyi qənaətinə gəldim. ABŞ dövlət katibinin sözlərindən, bəyanatından bu qənaətə gəldim ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti daha da artıracaq. Çünki digər görüşlərdə müqayisədə ABŞ tərəfindən ilk dəfə bu görüşdə münaqişənin həllinə daha ciddi maraq gördüm. Con Kerri suallar verirdi, görürdüm ki, Azərbaycanın mövqeyi onun tərəfindən daha ədalətli, düzgün görünürdü".

N.Məmmədov qeyd edib ki, münaqişənin Azərbaycan sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu görüşdə bir daha vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR