Azərbaycan prezidenti Almaniya nümayəndə heyətini qəbul edib - FOTO - VİDEO

Azərbaycan prezidenti Almaniya nümayəndə heyətini qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 sentyabr 2014 11:00 (UTC +04:00)

APA – nın məlumatına görə, dövlət başçısı iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanla Almaniya arasında fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq infrastruktur, müxtəlif investisiya layihələrində alman şirkətlərinin iştirakı üçün yaxşı imkanların olduğunu bildirib.

Prezident İlham Əliyev Almaniyaya səfəri zamanı orada keçirilən biznes forumun əhəmiyyətini qeyd edib. Alman-Azərbaycan Forumunun fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı bu forumun Azərbaycan həqiqətləri və ölkəmizdə əldə olunan nailiyyətlər barədə Almaniya ictimaiyyətinin daha çox məlumat əldə etməsi baxımından önəmli olduğunu bildirib.

Azərbaycan prezidenti ilə yenidən görüşündən böyük məmnunluq hissi keçirdiyini bildirən Hans-Eberhard Şlayer ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. O, ölkəmizə nüfuzlu siyasətçilərdən və sahibkarlardan ibarət nümayəndə heyəti ilə səfər etdiklərini qeyd edib.

Görüşdə Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regionda və dünyada gedən proseslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR