Azərbaycan prezidenti Avstriyanın Avropa, inteqrasiya və xarici işlər federal nazirini qəbul edib

Azərbaycan prezidenti Avstriyanın Avropa, inteqrasiya və xarici işlər federal nazirini qəbul edib
# 12 sentyabr 2014 07:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 11-də Avstriyanın Avropa, inteqrasiya və xarici işlər federal naziri Sebastian Kurtsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


APA – nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğulayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İqtisadi sahədəki əməkdaşlığa toxunan dövlət başçısı Avstriya şirkətlərinin Azərbaycandakı əhəmiyyətli layihələrdə iştirakını bunun yaxşı nümunəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.

S. Kurts isə ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edib. İş adamlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini vurğulayan avstriyalı nazir bu səfərin ikitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR