Azərbaycan prezidenti Çin Xalq Respublikasının sədrini təbrik edib

Azərbaycan prezidenti Çin Xalq Respublikasının sədrini təbrik edib
# 30 sentyabr 2013 10:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir: “Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycanla Çin arasında mövcud olan ənənəvi dostluq münasibətlərinin genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı məmnunluq doğurur. Biz bu əlaqələrə xüsusi əhəmiyyət veririk.

Ümidvaram ki, qarşılıqlı hörmət və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, işgüzar əlaqələrimizin daha da dərinləşməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülh və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR