Azərbaycan prezidenti əfqanıstanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti əfqanıstanlı həmkarını təbrik edib
# 30 sentyabr 2014 15:56 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Əşrəf Qəni Əhmədzayı təbrik edib.

APA – nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Əfqanıstan İslam Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Əfqanıstan əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcək. Fürsətdən istifadə edərək sizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əfqanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR