Azərbaycan prezidenti Ramazan Abdulatipovu Dağıstan prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan prezidenti Ramazan Abdulatipovu Dağıstan prezidenti seçilməsi münasibətilə təbrik edib
# 09 sentyabr 2013 16:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Dağıstan prezidenti Ramazan Abdulatipova təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Sizi Dağıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafı və möhkəmlənməsi bundan sonra da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çoxtərəfli əməkdaşlığa, Qafqazda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına şərait yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR