Azərbaycan prezidenti Rumıniya Deputatlar Palatası sədrini qəbul edib

Azərbaycan prezidenti Rumıniya Deputatlar Palatası sədrini qəbul edib
# 14 mart 2013 14:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev martın 14-də Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, ölkələr arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı Azərbaycanla Rumıniya arasında ikitərəfli dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Münasibətlərin daha da möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayan prezident ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermələrinin önəmini qeyd edib.

Öz növbəsində, V. Zqonea ölkələr arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandıqdan sonra dostluq əlaqələrinin çox yaxşı səviyyədə olduğunu vurğulayıb.

Azərbaycanla Rumıniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafının razılıq doğurduğunu deyən qonaq bu əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycanla Rumıniya arasında enerji sahəsində əməkdaşlıq, investisiya qoyuluşu, Avropa strukturları və eləcə də beynəlxalq regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR