Azərbaycan prezidenti Serbiya baş nazirinin müavinini qəbul edib

Azərbaycan prezidenti Serbiya baş nazirinin müavinini qəbul edib
# 10 sentyabr 2014 12:08 (UTC +04:00)

APA – nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Serbiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayıb.

Prezident İlham Əliyev İ. Daçiçin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Xarici işlər naziri kimi Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan İ. Daçiç dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün qarşılıqlı istəyin olduğunu qeyd edib. Nazir ölkəsinin Azərbaycanla əlaqələri siyasi və iqtisadi sahələrdəki kimi, mədəni, humanitar və digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR