Azərbaycan prezidenti Slovakiya və Vyetnam dövlət başçılarını təbrik edib

Azərbaycan prezidenti Slovakiya və Vyetnam dövlət başçılarını təbrik edib
# 31 avqust 2013 15:46 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Slovakiya prezidenti İvan Qaşparoviçi bu ölkənin milli bayramı – Konstitusiya günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, prezident İlham Əliyev təbrik məktubunda Azərbaycan ilə Slovakiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərin bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.

Azərbaycan prezidenti Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqa da ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanlayıb. Təbrik məktubunda deyilir: “İnanıram ki, Azərbaycan-Vyetnam münasibətlərinin möhkəmləndirilməsi, ənənəvi dostluq əlaqələrimizin və qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR