Azərbaycan prezidenti UNESCO-nun baş direktoru İrina Bokovanı qəbul edib

Azərbaycan prezidenti UNESCO-nun baş direktoru İrina Bokovanı qəbul edib
# 30 may 2013 15:03 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğu qeyd edilib, mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsində və ölkələr arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsində bu cür beynəlxalq tədbirlərin önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR