Azərbaycan səfiri Argentina federal planlaşdırma, ictimai sərmayələr və xidmətlər naziri ilə görüşüb - FOTO

Azərbaycan səfiri Argentina federal planlaşdırma, ictimai sərmayələr və xidmətlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 09 sentyabr 2013 08:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin federal planlaşdırma, ictimai sərmayələr və xidmətlər naziri Xulio De Vido ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında enerji, rabitə, informasiya texnologiyaları, peyk rabitəsi, infrastruktur sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunan sahələrdə müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb və bu xüsusda fəaliyyət istiqamətləri müzakirə edilib.

Bu ilin dekabr ayında keçiriləcək “Bakutel 2013” Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında Argentina tərəfinin iştirakı məsələsi də görüşdə diqqət mərkəzində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR