Azərbaycan və Argentina xarici işlər nazirləri arasında görüş keçirilib

Azərbaycan və Argentina xarici işlər nazirləri arasında görüş keçirilib
# 24 sentyabr 2014 09:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində argentinalı həmkarı Hektor Markos Timermanla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, argentinalı nazir beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayıb, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.

E. Məmmədyarov argentinalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib. Azərbaycan XİN rəhbəri H. Timermanı ölkəmizə rəsmi səfərə dəvət edib və o, bu dəvəti məmnuniyyətlə qəbul edib.

Görüş əsnasında iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR