Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşü keçirilib

Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşü keçirilib
# 19 sentyabr 2014 15:02 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevnelievi qəbul edib. APA-nın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycanda “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olunub. Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğunu bildiriblər.


Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR