Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub - FOTO

Azərbaycan və Əfqanıstan prezidentlərinin görüşü olub - <span style="color: red;">FOTO
# 07 fevral 2015 11:54 (UTC +04:00)

Bakı – APA. Fevralın 7-də Münhendə Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub.


APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Ölkələrin faydalı qarşılıqlı təcrübə mübadiləsi apardığı qeyd olunub. Söhbət zamanı tikinti, nəqliyyat, kənd təsərrüfatı, yük daşımaları, sərmayə qoyuluşu və digər sahələrdə layihələrin həyata keçirilməsi, treninqlərin təşkili istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR