Azərbaycan və Rusiya prezidentləri Rusiya Xəzər Donanmasının “Dağıstan” gəmisinə baxış keçiriblər

Azərbaycan və Rusiya prezidentləri Rusiya Xəzər Donanmasının “Dağıstan” gəmisinə baxış keçiriblər
# 13 avqust 2013 21:02 (UTC +04:00)

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, eyni avtomobildə limana gələn dövlət başçıları Rusiya Xəzər Donanmasının və Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin komandanlarının raportunu dinləyib və “Dağıstan” raket gəmisinin göyərtəsinə qalxıblar. Gəminin komandiri prezidentləri gəmidəki silahlar daxil olmaqla onun texniki-taktiki xüsusiyyətlərindən danışıb. Sonra dövlət başçıları burada yan almış Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin gəmisinə qalxaraq baxış keçiriblər.

Azərbaycan prezidenti İlham Əliyevə və onun rusiyalı həmkarı Vladimir Putinə xatirə suvenirləri təqdim olunub. Rusiya gəmisinin komandiri dövlət başçılarına matros papağı, köynəyi və gəmidən həyata keçirilən ilk raket buraxılışının fotoşəkili hədiyyə edilib. “Sizə hər bir raket buraxılışının uğurlu olmasını arzu edirəm”, deyə Putin qeyd edib.

Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə Dağüstü Parka qalxaraq Bakının gözəl mənzərəsini seyr ediblər. Sonra dövlət başçıları İçərişəhərdə piyada və elekromobildə gəziblər, burada kafelərin birində ənənəvi təndir çörəyindən dadıblar.

Sonda Vladimir Putinin şərəfinə Azərbaycan prezidenti adından nahar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR