Azərbaycan və Sinqapur arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib - FOTO

Azərbaycan və Sinqapur arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2014 18:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bu gün BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində Sinqapurun xarici işlər naziri K Şanmuqan ilə görüş keçirib.

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya veeilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari durumunu yüksək qiymətləndirib və iqtisadi və mədəni sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Habelə, qarşılıqlı səfərlər mübadiləsinin intensivləşdirilməsinin münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyəti vurğulanıb.

Nazir Elmar Məmmədyarov sinqapurlu həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Elmar Məmmədyarov K.Şanmuqanı ölkəmizə rəsmi səfərə dəvət edib və onun tərəfindən bu dəvət məmnuniyyətlə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR