Azərbaycan və Ukrayna parlament sədrləri arasında görüş keçirilib

Azərbaycan və Ukrayna parlament sədrləri arasında görüş keçirilib
# 23 noyabr 2012 10:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Sankt-Peterburqda keçirilən MDB Parlamentlərarası Assambleyasının iclası çərçivəsində Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşüb. APA-nın xəbərinə görə, görüş zamanı Litvin bildirib ki, Azərbaycan və Ukrayna MDB PA çərçivəsində əməkdaşlıq və dialoqu inkişaf etdirməlidirlər. Tərəflər iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyası çərçivəsində iqtisadi-ticari əməkdaşlıq sahəsində yeni yolların axtarılması və tətbiq edilməsinin vacibliyini də vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR