Azərbaycanın ABŞ-dakı səfiri Toledo şəhərinin meri ilə görüşüb

Azərbaycanın ABŞ-dakı səfiri Toledo şəhərinin meri ilə görüşüb
# 15 mart 2013 22:52 (UTC +04:00)

Bakı-APA. Ohayo ştatının Toledo şəhərinə səfəri çərçivəsində səfir Elin Süleymanov şəhərin meri Maykl Bellə (Michael Bell) görüşüb. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.

Görüş zamanı diplomat Toledo Universitetində təhsil aldığı müddətdə yaşadığı şəhərə yenidən qayıtmaqdan və şəhərdə müşahidə olunan iqtisadi-sosial inkişafdan məmnunluğunu bildirib.

Səfərə görə təşəkkür edən mer son illər Toledo şəhərində görülmüş işlər, xüsusilə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılmış addımlar barəsində geniş məlumat verib, həmçinin Toledo şəhərinin ABŞ-ın siyasi həyatında oynadığı rol barədə fikir mübadiləsi aparılıb.

Toledo Universitetinin məzunu olan həmsöhbətlər Universitetinin şəhərin mühitinin formalaşmasında xüsusi rolu olduğunu qeyd edib və Amerika cəmiyyətinə yaxından bələd olmaq baxımından əhəmiyyətli məkan olduğunu bildiriblər.

Qeyd edək ki, M.Bell 2010-cu ildən şəhərin meri vəzifəsini icra edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR