Azərbaycanın Batumidəki baş konsulunun səlahiyyət müddəti başa çatıb

Azərbaycanın Batumidəki baş konsulunun səlahiyyət müddəti başa çatıb
# 26 yanvar 2018 09:00 (UTC +04:00)

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılovun səlahiyyət müddəti başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş konsul bununla əlaqədar Acarıstan Muxtar Respublikasının rəsmi şəxsləri ilə vida görüşləri keçirir.

Muxtar Respublikanın səhiyyə və sosial müdafiə, kənd təsərrüfatı nazirləri ilə keçirilmiş görüşlərdə R. İsmayılovun 3 illik fəaliyyətinin yekunları və həyata keçirilmiş birgə layihələr müzakirə olunub.

Qeyd edək ki, R. İsmayılov 2015-ci ildən etibarən Azərbaycanın Batumi səhərindəki baş konsulu olub. Diplomatın fəaliyyətini Qətərdə davam etdirəcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR