Azərbaycanın BƏƏ-dəki səfiri bu ölkənin iqtisadiyyat naziri ilə görüşüb - FOTO

Azərbaycanın BƏƏ-dəki səfiri bu ölkənin iqtisadiyyat naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 21 iyun 2013 09:24 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəmanov bu ölkənin iqtisadiyyat naziri, Azərbaycan-BƏƏ Hökumətlərarası İqtisadi Komissiyasının BƏƏ tərəfindən həmsədri Sultan bin Səid əl-Mansuri ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə 2012-ci ilin 18 dekabr tarixində Dubayda keçirilmiş Azərbaycan-BƏƏ iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının 4-cü iclası zamanı imzalanmış Protokoldan irəli gələn məsələlər müzakirə edilib.

Birgə investisiya fondlarının yaradılması, bu investisiyaların üçüncü ölkələrdə yatırılması, Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq qrupunun təsis edilməsi və hər iki ölkənin regionları arasında birbaşa hava əlaqələrinin yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR