Azərbaycanın Bəhreyndəki səfiri etimadnaməsini krala təqdim edib

Azərbaycanın Bəhreyndəki səfiri etimadnaməsini krala təqdim edib
# 12 sentyabr 2014 12:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Oman Sultanlığı və Yəmən Respublikasındakı səfiri, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı yanındakı daimi nümayəndəsi Rasim Rzayev etimadnaməsini Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifəyə təqdim edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bəhreyn kralı səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək, Azərbaycan və Bəhreyn arasındakı münasibətlərinin ənənəvi dostluq xarakteri daşıdığını xüsusi vurğulayıb.

Səfir Rasim Rzayev diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin və işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. O, Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətləri, ölkədə son illərdə həyata keçirilmiş iqtisadi islahatlar, neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi haqqında krala ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR