Azərbaycan səfiri Moldovanın baş naziri ilə Dağlıq Qarabağ problemini müzakirə edib

Azərbaycan səfiri Moldovanın baş naziri ilə Dağlıq Qarabağ problemini müzakirə edib
# 03 mart 2016 16:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev bu ölkənin baş naziri Pavel Filiplə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı P. Filip Azərbaycan-Moldova münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib.

O qeyd edib ki, Moldova Azərbaycanla münasibətlərin gələcəkdə də inkişafında maraqlıdır: “Azərbaycanla Moldova arasında ikitərəfli əlaqələr qarşılıqlı anlaşma və mənfəət prinsipinə əsaslanır. Əsas dövlət strukturları arasında çox yaxşı əlaqələr qurulub”.

Baş nazir həmçinin iqtisadi, siyasi və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

N. Əliyev isə bildirib ki, bu gün Azərbaycanla Moldova arasında əməkdaşlıq genişlənir: “Azərbaycan Moldova ilə əməkdaşlığın genişlənməsində maraqlıdır. İki ölkə arasında əlaqələr uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin gələcəkdə də dərinləşməsi baxımından vacibdir”.

Səfir əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini əlavə edib.

N. Əliyev həmçinin P. Filipə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. O, silahlı separatizmlə mübarizə sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR