Azərbaycanın Rumıniyadakı səfiri etimadnaməsinin surətini strateji məsələlər üzrə dövlət katibinə təqdim edib - FOTO

Azərbaycanın Rumıniyadakı səfiri etimadnaməsinin surətini strateji məsələlər üzrə dövlət katibinə təqdim edib - <span style="color: red;">FOTO
# 22 avqust 2013 10:44 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın Rumıniyaya yeni təyin olunmuş səfiri Fərid Abdinbəyov etimadnaməsinin surətini strateji məsələlər üzrə dövlət katibi Boqdan Aureskuya təqdim edib. APA-nın məlumatına görə, görüşdə tərəflər ikitərəfli münasibətlərin gündəmində olan məsələləri müzakirə edib, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Boqdan Auresku Rumıniyanın birgə biznes-forumların təşkili, iqtisadi heyətlərin səfərləri vasitəsilə Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. O, Azərbaycan-Rumıniya hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsinin vacibliyini önə çəkib.

Səfir öz növbəsində qeyd edib ki, Rumıniya baş nazirinin iyunun 27-də Azərbaycana səfəri iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu və tərəflərin bu əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu göstərir. O, Rumıniyanın AB və NATO-da Azərbaycanın mühüm tərəfdaşı olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR