Azərbaycanın Tacikistandakı səfiri bu ölkənin Televiziya və Radio Yayımları Komitəsinin sədri ilə görüşüb - FOTO

Azərbaycanın Tacikistandakı səfiri bu ölkənin Televiziya və Radio Yayımları Komitəsinin sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 26 iyun 2013 15:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan hökuməti yanında Televiziya və Radio Yayımları Komitəsinin sədri Asadullo Rahmonov ilə görüşüb Səfirlikdən APA – ya verilən məlumata görə, görüşdə səfir iki ölkənin müvafiq qurumları arasında əlaqələrin yaradılmasını, saziş imzalanmasını, qarşılıqlı olaraq verilişlərin, filmlərin yayımlanmasını, müxbirlər tərəfindən televiziya materiallarının hazırlanmasını, onların qarşılıqlı səfərlərinin təşkil olunmasını, Azərbaycan və Tacikistanın özəl televiziya kanalları arasında birbaşa əlaqələrin yaradılmasını təklif olaraq irəli sürüb.

A.Həsənov iyul ayının 5-7-də Xoroqda keçiriləcək “Dünyanın damı” V Beynəlxalq Musiqi, İncəsənət, Turizm Festivalında Azərbaycandan gələcək “Qarabağ triosu”nun iştirak edəcəyi barədə məlumat verib. Komitə sədri isə Tacikistan Prezidentinin Azərbaycana səfəri zamanı mətbuat nümayəndəsi kimi Azərbaycana getdiyini, Prezidentlər arasında səmimi dostluq münasibətlərinin şahidi olduğunu, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün heç bir maneə görmədiyini bildirib. Səfir, sədrin fikirlərinə şərik olduğunu bildirərək, Düşənbə ilə Bakı arasında birbaşa hava reysinin fəaliyyət göstərməsinin, Tacikistan televiziya və radio kanalları ilə Azərbaycanın televiziya və radio kanalları arasında əməkdaşlığın yaradılmasının, ölkələrin tarixi, mədəniyyəti və s. haqqında məlumatların yayımlanmasının ikitərəfli münasibətlərin inkişafına xüsusi dinamika verəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR