Azərbaycanın xarici işlər naziri: “ATƏT məkanında münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdiddir”

Azərbaycanın xarici işlər naziri: “ATƏT məkanında münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdiddir”
# 26 sentyabr 2014 18:28 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in “Avropanın təhlükəsizlik böhranının cavablandırılması: Gələcəyə baxış və ATƏT-in rolu” mövzusunda çıxışında bildirib.

Onun sözlərinə görə, ATƏT Avropa təhlükəsizliyi arxitekturasının təməl daşıdır. “ATƏT hər hansı Qərb və ya Avrasiya meylli ittifaq və bloklar üçün rəqib və ya yarışçı deyil, bura fikir ayrılıqlarının və ziddiyyətlərin konstruktiv məcrada müzakirə oluna biləcəyi geniş bir platformadır. Əgər təşkilat baş verən böhranlara təkcə reaksiya verməklə deyil, onların daha da gərginləşməsinin qarşısını almağı bacarsa, o zaman ATƏT-in üstünlüyündən tam yararlanmaq olardı”.

Nazir qeyd edib ki, ATƏT məkanında münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdiddir: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində cari pat vəziyyət regionda sülhə və sabitliyə böyük təhlükədir. Münaqişənin həlli üçün irəliləyiş Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çıxarılması və etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların doğma yurd-yuvalarına geri qayıtması ilə ola bilər. Bu addım davamlı sülh quruculuğu istiqamətində olduqca vacib olan Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin formalaşmasına kömək edəcəkdir. Biz inanırıq ki, ATƏT-in üzv ölkələri yuxarıda göstərilmiş yanaşma əsasında münaqişənin tezliklə həlli istiqamətində qəti yanaşmamızı bir daha təsdiq edəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR