Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının prezidentini qəbul edib

Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının prezidentini qəbul edib
# 18 iyun 2013 14:35 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub və əldə edilmiş uğurlardan məmnunluq ifadə edilmişdir.

BMT Baş Assambleyasının prezidenti Vuk Yeremiç Azərbaycanın BMT TŞ-də rolunu yüksək qiymətləndirib və ölkəmizin bu istiqamətdə fəaliyyətini alqışladığını diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh prosesinin cari vəziyyəti haqqında məlumat verib və ölkəmizin bu məsələdə mövqeyini rəsmi qonağın diqqətinə çatdırıb. Nazir nizamlanma prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib və sülh prosesinin irəliləməsi üçün ilk öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR