Azərbaycanın xarici işlər naziri Fələstinə yardın üzrə donor konfrans çərçivəsində ikitərəfli görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Fələstinə yardın üzrə donor konfrans çərçivəsində ikitərəfli görüşlər keçirib
# 11 iyun 2013 12:42 (UTC +04:00)

APA-nın məlumatına görə, nazir ilk öncə Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri Riad əl-Maliklə görüşüb. Tərəflər Yaxın Şərqdə vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Fələstini dəstəkləyir və Yaxın Şərq münaqişəsinin iki dövlətin yaradılması əsasında həllinə tərəfdardır. Tərəflər iqtisadiyyat və biznes sahəsində ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Elmar Məmmədyarov həmçinin Qətər xarici işlər nazirinin müavini Şeyx Əhməd Bin əl Tani ilə görüşüb. Qətərli diplomat bu konfransın bütün müsəlman dünyası üçün əhəmiyyətini vurğulayıb. Azərbaycanın xarici işlər naziri Qətərlə ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib.

XİN başçısı Bəhreynin xarici işlər üzrə dövlət naziri Xanim bin Fədl əl-Abu Ayneyn və Misirin xarici işlər naziri Məhəmməd Kamil Amrla da görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR