Azərbaycanın xarici işlər naziri Marneulidə azərbaycanlılarla görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Marneulidə azərbaycanlılarla görüşüb - <span style="color: red;">FOTO
# 20 fevral 2015 12:03 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, E. Məmmədyarov yerli sakinlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirib və onların problemlərini dinləyib.

“Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov çıxışında azərbaycanlıların Gürcüstanda seçkidən-seçkiyə yada düşdüyünü və onların əsas problemlərinin hələ də həll olunmadığını deyib. O, son iki ayda Azərbaycana gediş-gəlişin daha da çətinləşdiyini nazirin diqqətinə çatdırıb: “Azərbaycanlılar şəxsi maşınlarla Azərbaycan Respublikasına keçə bilmirlər. Gürcüstanda yaşayan hər 10 azərbaycanlı ailədən 8-nin Azərbaycanla əlaqəsi var. Lakin onlar öz qohumlarının yanına gedə və kənd təsərrüfatı məhsullarını satmaq üçün Azərbaycana apara bilmirlər”.

Sonra “Qeyrət” Xalq Hərəkatının fəalı Zümrüd Qurbanlı, Qaraçöpdən gələn professor Fərhad Xubanlı, “Borçalı” İctimai Birliyinin Gürcüstan nümayəndəliyinin rəhbəri İsrafil Bayramov, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının əməkdaşı Hidayət Hüseynov və başqaları söz alaraq müxtəlif problemlərdən danışıblar və müəyyən təkliflər irəli sürüblər. Nazir Azərbaycandakı “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədlinin və onun müavini Salman Murğuzovun Gürcüstana buraxılmaması barədə məlumatlandırılıb.

E. Məmmədyarov bu və ya digər məsələlər haqqında Gürcüstan rəhbərliyi ilə danışıqlar aparıldığını və deyilən məsələlərin həllinə çalışacağını vurğulayıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Gürcüstan parlamentinin azərbaycanlı deputatları, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar və QHT rəhbərləri, jurnalistlər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR