Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının deputatını qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Pakistan Milli Assambleyasının deputatını qəbul edib   - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 14:45 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikası Parlamentinin aşağı palatası - Milli Assambleyanın deputatı Fəzlül Rəhmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə parlamentləri arasında əməkdaşlıq və bu əməkdaşlığın ölkələrimiz arasında münasibətlərə verdiyi töhfədən söz açılıb.

Nazir Elmar Məmmədyarov pakistanlı rəsmiyə ölkəsinin parlamenti tərəfindən Xocalı soyqırımını tanınmasına görə minnətdarlıq bildirib və bu addımın ədalətli olduğunu vurğulayıb, həmçinin Azərbaycanın Pakistanı dəstəkləməkdə davam edəcəyini söyləyib.

Görüşdə dünyada islamofobiya meylləri ilə bağlı narahatlıq ifadə olunub və ondan müsəlmanlarına qarşı irəli gələn yanaşmanın qəbuledilməzliyi qeyd edilib. Müsəlman ölkələri arasında dialoqun artırılması və həmrəyliyin vacibliyi vurğulanıb.

İki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR