Azərbaycanın xarici işlər naziri QDİƏT-in baş katibini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri QDİƏT-in baş katibini qəbul edib - <span style="color: red;">FOTO
# 26 noyabr 2012 15:03 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tvirkunun rəhbərik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətini salamlayan nazir E.Məmmədyarov Azərbaycan və QDİƏT arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edib.

Görüşdə regional və beynəlxalq məsələlər, təşkilatın səmərəliliyinin daha da artırılması və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, bu çərçivədə regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin rolu qeyd edilib.

E.Məmmədyarov təşkilata üzv ölkələr arasında bir sıra sahələrdə, xüsusilə enerji, ətraf mühitinin mühafizəsi, informasiya-kommunikasiya texnologiyaları və mədəni irsin qorunması üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR