Azərbaycanın xarici ölkələrdə çalışan diplomatları ilə görüş keçirilib

Azərbaycanın xarici ölkələrdə çalışan diplomatları ilə görüş keçirilib
# 09 iyul 2014 13:19 (UTC +04:00)


Elman Abdullayev bildirib ki, Azərbaycanın diplomatik korpusunun müşavirələri 2 ildən bir keçirilir. O deyib ki, bu müşavirələrin hər birində səfirlərin ötən müddət ərzindəki hazırlığı, qarşıdakı illərdə görəcəkləri işlər barədə müzakirələr aparılır və diplomatik nümayəndələr qarşısında planlı işlərin görülməsi üçün mühüm vəzifələr qoyulur: “Azərbaycan diplomatları müxtəlif diplomatik cəbhə bölgələrində fəaldır. Artıq dünya ölkələrində Azərbaycan haqqında fərqli bir təsəvvür var. Erməni lobbisinin yaratdığı stereotip sındırılır”.

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib ki, hər iki ölkənin xarici siyasətində müəyyən istiqamətlər üzrə işlər aparılır. Onun sözlərinə görə, Azərbaycanı ərəb və islam dünyası ölkələri ilə müştərək tarix və din birləşdirir. Ş. Abdullayev qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq hüquq normalarından çıxış edərək Yaxın Şərq məsələsində sabit mövqe ortaya qoyur. Afrika İttifaqında Azərbaycanı təmsil edən Ş. Abdullayev bunu xarici siyasətin yeni istiqaməti adlandırıb.


Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov deyib ki, son illər ərzində Afrika dünyada ən sürətlə inkişaf edən qitələrdən biri hesab edilir. Onun sözlərinə görə, Azərbaycanın yeni və gənc ölkə kimi Afrika ölkələri ilə əməkdaşlıqda böyük ambisiyaları var: “Afrika ölkələri Azərbaycan kimi gəncdir və azadlığa çıxmaq üçün mübarizə aparırlar. Bütün bunlar isə ölkələri daha da yaxınlaşdırır”.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində atılan addımlar, gələcəkdə görüləcək işlər barədə məlumat veriblər.

Görüşün davamında diplomatlar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR