Azərbaycanın Xarkovdakı fəxri konsulu Ukrayna Dəmiryolu Nəqliyyatı Dövlət Akademiyasının rektoru ilə görüşüb

Azərbaycanın Xarkovdakı fəxri konsulu Ukrayna Dəmiryolu Nəqliyyatı Dövlət Akademiyasının rektoru ilə görüşüb
# 12 fevral 2015 09:19 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Xarkovda yerləşən Ukrayna Dəmiryolu Nəqliyyatı Dövlət Akademiyasının rektoru Sergey Pançenko ilə görüşüb.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər “Qarşılıqlı əməkdaşlıq haqqında Memorandumun növbəti yekununa dair Niyyət Protokolu”nu imzalayıblar.

Ə. Salmanov Ukrayna Dəmiryolu Nəqliyyatı Dövlət Akademiyası ilə ilə əməkdaşlığın Fəxri Konsulluq üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bu sahədə əməkdaşlığın daha da dərinləşməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.


Görüş əsnasında Ə. Salmanov Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tarixi İpək Yolunun bərpası, xüsusilə Bakı-Tiflis-Qars dəmiryol xəttinin inşası barəsində məlumat verərək, bu layihənin region və onun hüdudlarından kənarda yük daşımalarının artmasına və ticarətin təşviqinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR