Azərbaycanla Vyetnam arasında mədəniyyət sahəsində ilk əməkdaşlıq proqramı imzalanıb

Azərbaycanla Vyetnam arasında mədəniyyət sahəsində ilk əməkdaşlıq proqramı imzalanıb
# 02 iyul 2014 10:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Vyetnam mədəniyyət, idman və turizm naziri Hoanq Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində ilk əməkdaşlıq proqramı imzalanıb.

Ə. Qarayev bildirib ki, Azərbaycanla Vyetnam arasında imzalanan sənəd iki ölkənin mədəniyyət və turizm sahələrində qarşılıqlı əməkdaşlığa təkan verəcək: "İnanıram ki, bizim ölkələr arasında əməkdaşlıq gələcəkdə də davam edəcək. Düşünürəm ki, əlaqələrimiz təkcə mədəniyyət sahəsində deyil, həm də turizm sahəsində inkişaf edəcək".

Nazir əlavə edib ki, nümayəndə heyəti səfər çərçivəsində Bakı ilə yanaşı ölkənin müxtəlif regionlarında görüşlər keçirəcək.

Vyetnamlı nazir H. T. Anh isə qəbula görə Ə. Qarayevə təşəkkürünü bildirib və əməkaşlıqdan məmnun qaldığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR