Bakıda Mərakeş kralı VI Məhəmmədin taxta çıxmasının 15-ci ildönümü qeyd olunub - FOTOSESSİYA

Bakıda Mərakeş kralı VI Məhəmmədin taxta çıxmasının 15-ci ildönümü qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 30 iyul 2014 18:08 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bakıda Mərakeş kralı VI Məhəmmədin hakimiyyətə gəlməsinin 15-ci ildönümü ilə bağlı Taxt-tac Günü qeyd olunub.


APA-nın verdiyi məlumata görə, tədbir Mərakeş Krallığının Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.


Bir sıra rəsmilərin və müxtəlif diplomatik xidmət nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan səfir Həsən Hami bildirib ki, 1999-cu ildən Mərakeşi idarə edən VI Məhəmməd Azərbaycanla münasibətlərə böyük önəm verir və bu ölkəni, istər MDB regionunda, istərsə də İslam dünyasında əsas tərəfdaşlardan biri kimi qiymətləndirir: “Kralın taxta çıxmasından sonra Mərakeşdə bir çox sahələrdə inkişaf başladı. Həmçinin, ölkəmiz istər siyasi, istərsə də iqtisadi sahələrdə xarici əlaqələrin yaxşılaşmasına yüksək önəm verir. Azərbaycanla əlaqələrimiz isə daim inkişaf edən səviyyədə olub və bir sıra sahələrdə dövlətlərimiz arasında əməkdaşlıq barədə sazişlər imzalanıb”.


Səfir qeyd edib ki, 1992-ci ilin 25 avqust tarixində Azərbaycanla Mərakeş arasında diplomatik əlaqələr yaradılıb, 2006-cı ildən Azərbaycan Respublikasının Rabatda, 2009-cu ildən isə Mərakeş Krallığının Bakıda səfirlikləri fəaliyyət göstərir”.


Daha sonra çıxış edən Azərbaycanın baş nazirinin müavini İsmət Abasov qeyd edib ki, 1994-cü ildə mərhum prezident Heydər Əliyevin Mərakeşə səfərindən sonra iki ölkə arasında sıx münasibətlər formalaşıb: “2006-cı ildə isə VI Məhəmmədin xüsusi nümayəndəsinin Bakıya səfəri bu münasibətləri yeni mərhələyə çıxarmış oldu. Mən özüm də kənd təsərrüfatı naziri kimi Mərakeşdə olmuşam və hətta bir ziyafətdə kral VI Məhəmməd mənə yaxınlaşıb prezident İlham Əliyevin özünü necə hiss etdiyini soruşdu və salam göndərdi. Bizim bu ölkə ilə kənd təsərrüfatı, balıqçılıq sənayesi, mədəniyyət və turizm, neft sahəsində və bir sıra başqa sahələrdə yüksək səviyyəli tərəfdaşlıq münasibətlərimiz var. Bu münasibətlərin daha da inkişafı üçün bütün perspektivlər mövcuddur”.


Daha sonra tədbirin ziyafət hissəsi elan olunub, qonaqlar Mərakeş mətbəxi ilə yaxından tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR