Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 40-cı plenar sessiyası başlayıb

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 40-cı plenar sessiyası başlayıb
# 26 noyabr 2012 07:53 (UTC +04:00)

APA-nın məlumatına görə, sessiyanın ilk günündə qurumun Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 39-cu iclası keçirilib. İclas komitə sədri olan azərbaycanlı deputat Jalə Əliyevanın rəhbərliyi ilə baş tutub.

J. Əliyeva bildirib ki, iclasda QİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatların həyata keçirilməsi ilə bağlı məruzə dinləniləcək, müzakirələr aparılacaq, Baş Assambleyaya məruzəçi təyin olunacaq. Sonra “QİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatlar” mövzusunda Ukraynanın QDİƏT PM-də sədr müavini Liliya Qriqoreviç tərəfindən məruzə dinlənilib, müzakirələr aparılıb. Məruzədə qeyd olunub ki, dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə işsizlik problemi yaradıb, yoxsulluğun səviyyəsi artıb, lakin QİƏT-ə üzv ölkələrin bəzilərində, o cümlədən Azərbaycanda sosial təminat sahəsində həyata keçirilən islahatlar nəticəsində əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsi yaxşılaşıb, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. QİƏT PM-in vitse-prezidenti Asəf Hacıyev iclas iştirakçılarını salamlayaraq bu iclasın böyük əhəmiyyət kəsb etdiyi qeyd edib.

Bu gün həmçinin PA-nın Hüquq və siyasi komitəsinin əlavə iclası, Assambleya Bürosunun 47-ci iclası, “3-cü Bakı Qara dəniz Ticarət və Sərmayə Forumu-2012” və Daimi Komitənin 40-cı iclası keçiriləcək. Sessiya noyabrın 28-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR