Bakıda rusiyalı həmvətənlərin təşkilatlarının konfransı keçirilib

Bakıda rusiyalı həmvətənlərin təşkilatlarının konfransı keçirilib
# 25 may 2013 10:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, konfransı açıq elan edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, Rusiya xaricdə yaşayan həmvətənlərinə böyük diqqət ayırır.

Onun sözlərinə görə, yaxın vaxtlarda Qazaxıstanın Almatı şəhərində yaxın xaric ölkələrinin regional konfransı keçiriləcək: “Azərbaycan da konfransda layiqli şəkildə təmsil olunacaq”.

Səfir qeyd edib ki, Azərbaycanda rusdilli diasporun inkişafı üçün pozitiv şərtlər mövcuddur: “Azərbaycanda 150 min rus yaşayır. Üstəlik, rus mədəniyyəti ilə bağlı olan və rus dilində danışan böyük bir əhali kateqoriyası mövcuddur. Biz bu kateqoriyanın Azərbaycanda rahat şəkildə yaşamasını və özünü reallaşdırma imkanına malik olmasını yüksək qiymətləndiririk. Bəzi ölkələrdə rusiyalı həmvətənlərin dillə bağlı problemləri olsa da, Azərbaycanda bu problem yoxdur”.

Sonda Azərbaycandakı rusiyalı həmvətənlərin təşkilatlarının təmsilçilərinə Rusiya hökumətinin xaricdə yaşayan həmvətənlərlə iş üzrə komissiyasının fəxri diplomları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR