Bakıda Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib - FOTOSESSİYA - VİDEO

Bakıda Türkiyə prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 03 sentyabr 2014 08:19 (UTC +04:00)

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycan prezidenti türkiyəli həmkarını qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə də raport verdikdən sonra iki ölkənin dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkiyə prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan dövlət və hökumət nümayəndələri R. T. Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub. Prezidentlər rəsmi foto çəkdiriblər.

Daha sonra prezidentlər arasında təkbətək görüş başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR