Azərbaycan baş nazirinin müavini Belarus səfiri ilə görüşüb

Azərbaycan baş nazirinin müavini Belarus səfiri ilə görüşüb
# 31 mart 2016 17:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Belarusun Azərbaycandakı səfiri Qennadi Axramoviç Azərbaycan baş nazirinin müavini, Belarus-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Yaqub Eyyubovla görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri, o cümlədən bir sıra birgə iqtisadi layihələr müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR