Bolqarıstan prezidenti Azərbaycana gəlib

Bolqarıstan prezidenti Azərbaycana gəlib
# 19 sentyabr 2014 13:33 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bolqarıstan prezidenti Rosen Plevneliyevin Azərbaycana səfəri başlayıb. Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Səfər çərçivəsində qonaq dövlət başçısı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. Sentyabrın 20-də isə R. Plevneliyev Albaniya, Böyük Britaniya, Gürcüstan, Yunanıstan, İtaliya, ABŞ, Türkiyə və Monteneqro təmsilçiləri ilə birlikdə Cənub Qaz Dəhlizinin tikintisi və “Əsrin müqaviləsi”nin 20 iliyinə həsr olunmuş mərasimə qatılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR