Böyük Britaniya parlamentinin üzvləri Bakıda səfərdə olub - FOTO

Böyük Britaniya parlamentinin üzvləri Bakıda səfərdə olub - <span style="color: red;">FOTO
# 30 mart 2013 15:48 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Böyük Britaniya parlametinin üzvləri Devid Hamilton, Stefen Hepbörn, Ceyms Şeridan və “UNITE Trade Union” təşkilatının (Həmkarlar İttifaqı) Baş katibi Daniel Qarden Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə martın 27-30 tarixlərində Bakıda səfərdə olublar. Səfərin birinci günündə nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və 1918-ci ildə Bakıda həlak olmuş ingilis əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Səfər zamanı britaniyalı deputatlar Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvləri ilə görüşüb, Səngəçaldakı neft terminalının fəaliyyəti ilə də tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR