Budapeştdə Macarıstan-Azərbaycan əlaqələrinin xronologiyasına dair kitab çap olunub

Budapeştdə Macarıstan-Azərbaycan əlaqələrinin xronologiyasına dair kitab çap olunub
# 09 fevral 2015 16:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Macarıstandakı səfirliyi iki ölkə arasındakı əlaqələrin xronologiyasını özündə əks etdirən "Azərbaycan - Macarıstan: qarşılıqlı əlaqələrin dinamikası" adlı iki hissəli məlumat-sorğu kitabı çap etdirib.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər növbəti ilin sənəd və materialları əsasında hazırlanan və artıq 7-ci cildi çap olunan bu məlumat-sorğu kitablarında Azərbaycan və Macarıstan mətbuatında dərc olunmuş materiallar əsasında il ərzində iki ölkənin siyasi, iqtisadi, humanitar, turizm və diplomatiya sahələrindəki əməkdaşlığı öz əksini tapıb.

Kitabda qarşılıqlı səfərlərə və qəbul olunan sənədlərə xüsusi diqqət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR