Cənubi Koreya səfiri Gəncəyə səfər edib

Cənubi Koreya səfiri Gəncəyə səfər edib
# 26 sentyabr 2014 10:37 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn Gəncəyə səfər edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, səfər çərçivəsində diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Qonaq Gəncədə sayca ikinci dəfə olduğunu və dahi şair Nizami Gəncəvinin vətənində olmaqdan məmnun olduğunu bildirib. Diplomat qeyd edib ki, son illər Azərbaycanla Koreya arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr inkişaf etməkdədir. Bu əlaqələrin regional səviyyədə təşkili üçün səfir Gəncənin Koreyanın bir şəhəri ilə qardaşlaşmasını istədiklərini bildirib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərlərin qardaşlaşması məsələsini dəstəklədiyini bildirib.

Qeyd edək ki, Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn bu gün Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı ilə də görüşəcək. Sabah isə səfir Koreya səfirliyinin dəstəyi ilə Gəncədə məskunlaşan məcburi köçkün uşaqlarının təhsil aldığı orta məktəbdə “Biz sülh istəyirik!” devizi altında rəsm və inşa yazı müsabiqəsində iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR