Cənubi Koreyada Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Cənubi Koreyada Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTO
# 01 mart 2013 04:55 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyi tərəfindən cari ilin 28 fevral tarixində Seulda yerləşən Seul Milli Universitetinin “CJ International Center” zalında “BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatı”nın, diplomatik korpusun nümayəndələrinin, “İstanbul Kültür Mərkəzi”nin rəhbərliyi, Koreya şirkətlərinin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfirliyin müvəqqəti işlər vəkili R.Teymurov tədbirdə çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımıza qarşı törədilən Xocalı soyqırımı haqqında ətraflı məlumat vermiş, bu soyqırım aktının insanlığa qarşı vəhşilik və qəddarlıq kimi dəyərləndirilib. R.Teymurov faciənin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu, dünya ictimaiyyətinin – xarici dövlətlər və beynəlxalq təşkilatların Xocalı faciəsi ilə bağlı nümayiş etdikləri mövqeyini və bu faciənin soyqırım kimi tanınması barədə iştirakçıların diqqətinə çatdırıb.

Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinın Dağlıq Qarabaqdan dərhal və qeyd-şərtsiz çıxarılmasın tələb edən BMT Təhlükəsizlik Şurasının və digər nüfüzlu təşkilatları tərəfindən qəbul edilmiş qətnamələrə rəsmi Yerevanın məhəl qoymadığını, Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu vurğulayıb.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına həsr edilmiş qısametrajlı film nümayiş etdirilib və faciəni əks etdirən fotosərgiyə baxış keçirilib. Bundan əlavə, Xocalı faciəsi ilə bağlı broşürlər, kitab və jurnallar iştirakçılara paylanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR