Dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovu təbrik edib

Dövlət başçısı İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovu təbrik edib
# 31 avqust 2015 15:50 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovu Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir: “Bu gün Özbəkistan dinamik sosial-iqtisadi inkişaf və hərtərəfli düşünülmüş siyasi fəaliyyət yolu ilə firavanlaşan bir ölkə kimi beynəlxalq aləmdə layiqli nüfuz və hörmət qazanıb”.

Dövlət başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Özbəkistanı tarixən bir-biri ilə müştərək mədəniyyətlər və mənəvi dəyərlər bağlayır: “Xalqlarımızın zəngin dostluq və qarşılıqlı dəstək ənənələri var. Əminəm ki, bu mehriban münasibətlərin, sıx əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsi və möhkəmlənməsi bundan sonra da ölkələrimizin firavanlaşmasına kömək edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR