Ekmaləddin İhsanoğlu: “İslam ölkələri Fələstin məsələsində beynəlxalq arenada birlik nümayiş etidiriblər”

Ekmaləddin İhsanoğlu: “İslam ölkələri Fələstin məsələsində beynəlxalq arenada birlik nümayiş etidiriblər”
# 11 iyun 2013 08:05 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Bakıda Fələstinə dəstək üzrə donor konfransında çıxışı zamanı İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlu deyib.

Fələstin xalqının layiq olduğu həyatı yaşamaq hüququ olduğunu deyən İhsanoğlu bildirib ki, Qüdsün hərbi işğalı dayandırmaq, eyni zamanda bu müqəddəs şəhəri, infrastrukturunu, onun sakinlərinin həyat səviyyəsini inkişaf etdirmək lazımdır: “İsrail Fələstin xalqının bir sıra sahələrdə imkanlarını məhdudlaşdırır. Təhsil sahəsində ciddi problemlər var, fələstinli uşaqlar təhsil müəssisələri çatmır deyə layiqincə təhsil almaq imkanından məhrumdur. Qüdsdə fələstinlilərin ev tikməsinə xüsusi lisenziya tələb olunur, bu səbəbdən Fələstin sakinləri mənzil problemi ilə üzləşir. Minlərlə fələstinlinin ev problemi var, İsrail tərəfi isə onlara yalnız 400 belə lisenziya verir”.

İƏT baş katibi təklif olunan yardım paketini kifayət qədər optimal adlandırıb: “Bu yardım artıq gələn il fələstinli uşaqlar üçün yeni məktəblərin, xəstəxanaların tikilməsinə imkan yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR