Ekspert: “Qlobal təhlükəsizlik və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artacaq” - FOTO

Ekspert: “Qlobal təhlükəsizlik və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artacaq” - <span style="color: red;">FOTO
# 14 iyun 2013 11:51 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycan dünya ictimaiyyətinin gözündə təhlükəsizliyin təminatı ilə bağlı yaxşı reputasiyaya malikdir”. APA-nın xəbərinə görə, bunu ABŞ-ın Hadson (Hudson) İnstitutunun hərbi-siyasi təhlil mərkəzinin direktoru Riçard Uayts (Richard Weitz) deyib. O bildirib ki, Azərbaycan NATO ilə fəal əməkdaşlıq edərək qlobal təhlükəsizlik, eləcə də qlobal enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Ekspert hesab edir ki, NATO kontingentinin Əfqanıstandan çıxarılmasında Azərbaycanın tranzit ölkə kimi oynayacağı rol nəzərə alınarsa, ölkənin bu məsələlərdə əhəmiyyətinin daha da artacağını söyləmək olar. 

 

Transxəzər qaz boru xətti layihəsinə toxunan R. Uayts qeyd edib ki, Xəzərin hüquqi statusunun həll olunmaması bu layihəyə əngəldir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR